Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 12:24:00
Mingəçevir məktəbində tarixi ilk - təhsil uğuru

2018-2019-cu tədris ili üzrə ümumtəhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Mingəçevir şəhəri 7№li tam orta məktəbin məzunları Siraclı Nurtac Vüqar qızı qızıl medalla, Əhmədli Fatimə Anar qızı gümüş medalla təltif edilib.
AzEdu.az xəbər verir ki, məktəbin direktoru Anar İsmayılov Yeniavaz.com saytına məlumat verərək bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra məktəb tarixində ilk dəfə olaraq bir məzun qızıl medala layiq görülür.
A. İsmayılov Nurtac və Fatiməyə tam orta təhsil haqqında xüsusi nümunəli attestat və qazandıqları müvafiq medalları təqdim edib. Direktor təltif olunan məzunları və valideynlərini təbrik edərək onlara tələbə adını qazanmağı və ölkəmizə layiqli vətəndaş olmağı arzulayıb.