Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 09:00:00
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları xarici universitetlərdə təhsil almaq hüququ qazanıblar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda gənc mütəxəssis və tələbələrin dünyanın nüfuzlu elmi müəssisələrində və ali məktəblərində təhsil almaları üçün yeni imkanlar yaradılır.

İnstitutdan  bildirilib ki, müxtəlif ölkələrin universitetləri ilə qurulmuş əlaqələr sayəsində İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları həmin ali məktəblərdə təhsil almaq hüququ qazanırlar. Özal Bağırov Çinin Elektron Elm və Texnologiya Universitetinin kompüter elmi və texnologiyası, Cəmil Qurbanzadə isə Estoniyanın Tartu Universitetinin kompüter mühəndisliyi ixtisasları üzrə magistratura pilləsinə qəbul olunublar. Gənclər təqaüd proqramları ilə xaricdə ödənişsiz təhsil alırlar.