XƏBƏRLƏR

07.08.2019 13:55
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, iyulun 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından götürə bilərlər.

İlin gənc müəllimi-Müraciət formu