Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 12:38:00
Bölgə  universitetində Avropa standartlarına uyğun yataqxana  istifadəyə veriləcək

Lənkaran Dövlət Universiteti  tələbələr üçün yeni yataqxana istifadəyə verib.

AzEdu.az xəbər verir ki, yataqxana yalnız oğlan tələbələr üçün nəzərdə tutulub.

2019-cu il sentyabr  15-dən  Lənkəran Dövlət Universitetində təhsil alacaq, əsasən uzaq rayonlardan gələn oğlan tələbələr üçün müasir tipli, hər cür şəraiti olan yataqxana istifadəyə veriləcək.

Yataqxananın otaqları lazım olan bütün avadanlıqlarla təchiz olunub.

Yataqxana otaqları lazım olan mebel və yataq dəstləri ilə təmin olunub. Yataqxananın hər bir otağı ayrıca sanitar qovşaq və isti-soyuq su ilə təchiz edilib. Hər mərtəbədə müasir avadanlıqla təmin edilən mətbəxlər və oxu zalları fəaliyyət göstərir. Yataqxana geniş zolaqlı internet xətti ilə təmin olunub, WiFi sistemi ilə təchiz edilib.
Yataqxananın xidmətindən istifadə etmək istəyən tələbələr universitetlə müqavilə bağlamalıdırlar.