Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 15:02:00
Orqanizmindəki dəyişikliyin  abituriyentə vurduğu psixoloji zərbə-Çıxış yolları-Video

 

“Psixoloji xidmət bizim strateji əhəmiyyətli layihələrimizdən biridir. Əvvəl müşahidələrimiz sonra isə araşdırmalarımız nəticəsində qənaətə gəldik ki, həqiqətən də psixoloji xidmətə ehtiyac var”.

Dövlət İmtahan Mərkəzinin psixoloji xidmətinin nümayəndəsi Pərviz Kazımov “Psixoloq məsləhəti” rubrikasının qonağı oldu.

“Yeniyetmələrin orqanizmində sürətli dəyişikliklər baş verir və onların bir çoxu bunun fərqində deyil. Ailədə və ya məktəbdə müvafiq maarifləndirmə işləri aparılmayıbsa,  onlar həyatlarında nə baş verdiyinin fərqinə varmır, bu da aqressiya ilə, qorxu, inamsızlıqla və ya sistemsiz davranışlarla müşahidə oluna bilər.

 Video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.