XƏBƏRLƏR

06.08.2019 09:44
MİQ  müsahibəsində müəllim namizədlərə veriləcək biləcək çaşdırıcı suallar–Cavablama üsulları

“MİQ müsabiqəsinin müsahibə mərhələsində psixologiya fənni üzrə  müəllim namizədlərə çaşdırıcı suallar verilər bilər”

Bu sözləri AzEdu.az-a təlimçi müəllim Günel Əliyeva deyib.

Günel Əliyeva müsahibə mərhələsində ekspertlər tərəfindən  namizədlərə ünvanlanan çaşdırıcı suallara aydınlıq gətirib:

 “Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində namizədlərə xüsusən psixologiya fənni üzrə çaşdırıcı suallar verilə bilər. Bu sualların məqsədi müəllimin psixoloji durumunu və nə dərəcədə təmkinli, səbirli olmasını yoxlamaqdır. Məsələn, ekspertlər namizədlərə "Mövcud olmayan bir heyvan rəsmini çək" sualını ünvanlayırlar.   Bu vəziyyətdə mövcud olmayan heyvanın şəklini çəkməyə cəhd etməkdənsə namizədlər ekspertlərə “Axı qeyd edirsiniz, "mövcud olmayan heyvan” kimi cavab verə bilərlər.   

Həmçinin, həmin sualda namizədlər cavab verə bilər ki, “Çox sayda bitki, heyvan növü, ölkəmizin zəngin florası, faunası olduğu halda niyə olmayan varlığı çəkim ki? İcazənizlə, füsunkar təbiətimizdən bir rəsm çəkə bilərəm. Məsələn, Qarabağ atlarını, Şuşanın Xarı bülbülünü vəsf edim”.

Təlimçi müəllimin sözlərinə görə, müsahibə mərhələsində uğurla keçmək istəyən müəllim namizədləri yetərincə təmkinli olsunlar:

“Müsahibə zamanı gərgin vəziyyət o halda yaradıla bilər ki, namizəd sualın cavabını doğru söylədiyi halda ekspertlər onun psixologiyasını yoxlamaq üçün "səhv dediniz"  və ya  "eşitmədim, zəhmət olmasa bir də təkrar edin" kimi sözlər deyə bilərlər. Namizədlər sualların cavabını izah edəndə ekspertlər bir neçə dəfə "başa düşmədim" deyərək fərqli yollarla izah etmələrini gözləyə bilərlər. Əlbəttə, belə məqamlarda gələcəyin müəllimləri səbirli, təmkinli olmalı, etik davranış qaydalarını gözləməlidirlər. Çünki müəllimin müxtəlif xarakterdə olan şagirdləri olacaq. Belə situasiyaların yaradılma səbəbi müəllimin didaktik (öyrətmə məharəti) və kommunikativ (ünsiyyət) qabiliyyətlərini yoxlayıb, üzə çıxarmaqdır. Müsahibə zamanı namizədlərə ünvanlanan daha bir çaşdırıcı sual nümunəsi: “Dərs vaxtı sinfə fil girsə nə edərsiniz?” Ümumiyyətlə, fil deyəndə dərhal Hindistan yadımıza düşür. Məşhur hind filminin adını çoxumuz xatırlayırıq. Həmin məşhur filmin adı isə "Fillər mənim dostumdur"...  Fil isə dostluğu, sədaqəti, vəfanı xatırladır. Mövzunu isə dərhal dostluqla əlaqələndirmək lazımdır. Təbii ki, müəllimi sinfə fil girməsi nağılına inandırmaq olmaz. Elə buna görə də fikri dostluğa yönəltmək lazımdır”.

Günel Əliyeva bildirib ki, müsahibə mərhələsində müəllim namizədləri utancaqlıq və zəif xarakter göstərsələr müsabiqədən kəsilə bilərlər:

“Müəllim namizədləri müsahibə mərhələsindən yüksək nəticə əldə etmək istəyirlərsə səmimi olsunlar. Həmçinin, müəllim namizədləri ürəklərindən keçən cavabları məntiqlə əlaqələndirib, verməlidirlər.

 Çaşdırıcı sualları düzgün cavablamaq istəyən müəllim namizədlərə tövsiyəm odur ki, psixoloji kitablar oxuyub, məlumatları araşdırsınlar. Müsahibə mərhələsində müəllim namizədləri özünəinam nümayiş etdirsinlər. Çünki utancaqlıq və zəif xarakter göstərsələr müsahibədən kəsilə bilərlər. Ümumiyyətlə, müəllim namizədləri komplekslərini "qapının arxasında qoyub"   müsahibəyə girsinlər. Həmçinin, "Belə desəm nə deyərlər?" düşüncəsindən azad olsunlar. Müsahibə zamanı müəllim namizədlərdə ani bir çaşqınlıq yaranarsa, gülümsəyib, dərhal vəziyyəti tənzimləsinlər”.

  

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu