Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 11:31:00
Müəllimlərə şad xəbər: Ötənilki nəticələrlə vakansiya seçiminə icazə verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə ilkin olaraq təxminən 7.000 vakant iş yerinin çıxarılması planlaşdırılır.

Müsabiqənin test imtahanı mərhələsində minimum keçid balını toplayan şəxslər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Bəs builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədləri keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak edə bilərlər?

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədləri keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqənin vakansiya seçimi mərhələsi 7 avqust tarixindən etibarən elan ediləcək. Bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları