Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 10:41:00
Boş qalan yerlərə ixtisas seçiminə start verildi-Rezidentura

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, rezidenturaya boş qalan yerlərə ixtisas seçimi sabah saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

İmtahanda iştirak edən 447 namizəddən 351-i müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90 dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.