Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 22:51:00
Alimlərdən hepatitlə bağlı xəbərdarlıq

Təqribən hər 600 000 insan hepatit B virusu nəticəsində, 350 000-dən çox insan isə hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.

AzEdu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı Beynəlxalq Hepatitlə Mübarizə Gününün mövzusu altında dünya hökumətlərini hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır.

A, B, C, D, E hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanın sağlamlığında ciddi pozuntulara səbəb ola bilər.

Hepatit virusuna yoluxmanın qarşısının alınması və onunla mübarizə: Qlobal tədbirlər üzrə çərçivə proqramı hepatitə yoluxmanın qarşısının alınması və müalicəsi üçün dörd fəaliyyət sahəsini açıqlayır. Əməkdaşlığın genişləndirilməsi və resursların səfərbərliyi ilə bərabər maarifləndirmənin gücləndirilməsi ÜST-ün yeni çərçivə proqramındakı prioritetlərin birincisini təşkil edir.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycanda viruslu hepatit diaqnozu ilə 307 nəfər qeydə alınıb.

Onlardan 183-ü kişi, 124-ü isə qadınlardır. Məlumatda müxtəlif yaş qrupuna aid statistik göstəricilər də yer alıb. Hepatit virusu aşkarlananların 18 nəfəri 18 yaşadək, 289 nəfəri isə 18 və yuxarı yaş qrupuna aid olan şəxslərdir. Məlumata əsasən, 46 nəfərdə kəskin A hepatiti, 138 nəfərdə kəskin B hepatiti, 12 nəfərdə isə kəskin C hepatiti aşkarlanıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə virus hepaptitlərindən ölənlərin sayı 115 nəfər olub. Onların 68 nəfərini kişi, 47 nəfərini qadınlar təşkil edib. Bu səbəbdən ölənlərin sayı digər yaş qruplarına nisbətən 55-59 yaş qruplarında daha çox olub.

Qeyd edək ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Assambleyası hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasını dəstəkləyən WHA63.18 saylı qərar qəbul edib və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan olunub. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.