Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 13:59:00
Bu tələbələrin təhsil haqqını Gənclər Fondu qarşılayacaq – 30 gün ərzində nəticələr elan olunacaq

Azərbaycan Respublikasının Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil haqqlarının qarşılanması üzrə növbəti müsabiqədə iştirakla bağlı 11 iyun - 19 iyul tarixlərində rəsmi internet səhifəsi üzərindən onlayn qaydada ərizə qəbulu həyata keçirib.

AzEdu.az xəbər verir ki, müsabiqə müddətində 30 dövlət təhsil müəssisəsi, 7 filial və 20 orta-ixtisas təhsil müəssisəsindən olmaqla, ümumilikdə 1121 müraciət daxil olub. 

Həmçinin əyani təhsil üzrə 1075, qiyabi təhsil üzrə isə 46 tələbənin ərizəsi qeydə alınıb. Onlardan 68 tələbə magistr, 1005 tələbə bakalavr və 48 tələbə orta-ixtisas təhsili üzrə müraciət edib.  

Hazırda müraciətçilərdən daxil olmuş ərizələrin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət ekspert işçi qrupu tərəfindən ilkin təhlili prosesinə başlaınılıb və 30 gün ərzində nəticələrin elan ediləcəyi planlaşdırılır.(TED.az)