Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 13:21:00
İxtisas seçimi davam edir: 40  mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat 31:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə13959, II ixtisas qrupu üzrə 11539, III ixtisas qrupu üzrə 14812, IV ixtisas qrupu üzrə 3684 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4926 nəfərdir. 

Ümumilikdə 48283 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları