Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 10:00:00
Bu il 247 tələbə və məzun SOCAR-ın müəssisələrində təcrübə keçəcək

Cari ildə 247 tələbə və məzun SOCAR-ın müəssisələrində təcrübə keçəcək.

AzEdu.az xəbər verir ki, şirkət tələbələrin yay tətilinin səmərəli təşkili və istehsalatda təcrübə qazanması üçün 2010-cu ildən Ödənişli Yay Təcrübəsi Proqramını həyata keçirir.

Bu il seçim mərhələsindən keçən 247 tələbə və məzun SOCAR-ın müəssisələrində 2 ay təcrübə keçəcək. Daxili Təqaüd Proqramının 50 nəfər qalibi də ödənişli istehsalat təcrübəsinə qoşulub.  (AZƏRTAC)