Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 09:41:00
Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi artıq keçirilib. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizəd iştirak edib.

Növbəti illərdə müsabiqədə iştirak etmək istəyənləri maraqlandıran əsas məqam isə yaş məhdudiyyəti ilə bağlıdır:

Sual:

Direktorların işə qəbulu müsabiqəsində iştirak etmək üçün yaş məhdudiyyəti var?

Cavab:

AzEdu.az xəbər verir ki, direktorların işə qəbul müsabiqəsində iştirak etmək üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Amma müsabiqədə edəcək namizədlər üçün nəzərdə tutulmuş bəzi şərtlər istər – istəməz minimal yaş həddini formalaşdırır.

Şərtlərə əsasən, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün isə bu müddət 3 ildir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir. 2050 namizədin iştirak etdiyi müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Keçid balları müsabiqənin gedişində formlaşacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları