Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 16:14:00
Böyük Britaniyada oxumaq istəyənlər üçün vacib təqaüd proqramı - Asan şərtlər  

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Böyük Britaniyadır.

AzEdu.az Böyük Britaniyada təqaüdlə ilə təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

Böyük Britaniya universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Chevening” proqramından yararlana bilərlər.

Chevening”   Böyük Britaniya (BB) hökumətinin 1983-cü ildən fəaliyyət göstərən qlobal liderlərin yetişdirilməsi məqsədi ilə yaradılan beynəlxalq mükafat proqramıdır.

“Chevening”təqaüd proqramı Böyük Britaniya Xarici İşlər Nazirliyi və tərəfdaş təşkilatlar tərəfindən maliyyələşir. Bu təqaüd proqram iki növ mükafat təklif edir: “Chevening Scholarship” və “Chevening Fellowship”

“Chevening”  proqramının təqaüdçüləri Britaniya səfirlikləri  tərəfindən seçilirlər. Bu proqram vasitəsilə Böyük Britaniyanın istənilən universitetlərində tələbələrin seçdikləri ixtisasları üzrə illik magistr təhsili almaq mümkündür. 

 Aşağıda qeyd edilən tələblərə cavab verən şəxslər təqaüd proqramına müraciət edə bilməzlər:

Britaniya vətəndaşı və ya ikili Britaniya vətəndaşı;

(2016 İyuldan etibarən) Britaniya hokumətinin və Britaniya konsulluğunun işçisi, keçmiş işçisi və ya işçisinin qohumu;

Daha öncə BB hökumətinin maliyyələşdirdiyi proqramlar vasitəsilə BB-də oxuyanlar;

Təhsillərini universitetdə davam etdirən tələbələr;

Əgər BB hökumətinin maliyyələşdirdiyi proqramlar vasitəsilə (“Chevening” daxil olmaqla) BB-də təhsil almısınızsa, ilk təhsil aldığınız müddətdən beş il sonra “Chevening Fellowship” proqramına müraciət üçün uyğun hesab olunursunuz.

“Chevening” təqaüd proqramı aşağıdakı beynəlxalq imtahan testlərin nəticələrini qəbul edir:

Academic IELTS;

Pearson PTE Academic;

TOEFL iBT;

C1 Advanced (formerly Cambridge English: Advanced [CAE]);

Trinity ISE II (B2)

Azərbaycanlıların ən çox müraciət etdiyi IELTS üçün tələblər isə  belədir: IELTS - ümumi orta balınız 6.5 olmalıdır.Seksiyalar üzrə ayrı-ayrı göstəricilər isə belədir:  listening 5.5; reading 5.5; speaking 5.5; writing 5.5.

Tələb olunan digər dil imtahanı göstəriciləri ilə aşağıda qeyd edilən linkdə tanış ola bilərsiniz:  

https://www.chevening.org/apply/english-language-requirement?fbclid=IwAR2wU51Jq00bBlY2PLa3GJuy1XcZVXsZ0VmdkEg1cq_7hQLTfcsCJ_mdY-E

Təhsilini aşağıdakı ölkələrdən birində alanlar İngilis dili imtahanından azad olunurlar:

Antigua and Barbuda, Australia, The Bahamas, Barbados, Belize, Dominica, Grenada, Guyana, Ireland, Jamaica, New Zealand, Singapore, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, the United Kingdom, the United States, and the British Overseas Territories.

Qeyd edək ki, “Chevening” təqaüd proqramı tələbələrin bütün təhsil xərclərini maliyyələşdirir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları