Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 15:02:00
İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyul ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 6 119 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 010 vətəndaş müraciəti daxil olub. 204 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 512 sənəd (vətəndaşlar tərəfindən 348  ərizə, Təhsil Nazirliyindən 139, digər qurumlardan 142, məktəblərdən 288 məktub, 54 strukturdaxili yazışma və 541 kadr ərizəsi)  qəbul olunub  və qeydiyyata alınıb. Həmçinin 256 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul,  şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.