Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 13:59:00
MİQ-də tutulmayan vakant yerlərə işəqəbul necə aparılacaq?-CAVAB

MİQ müsabiqənin test imtahanı mərhələsində minimum keçid balını toplayan şəxslər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə ilkin olaraq təxminən 7.000 vakant iş yerinin çıxarılması planlaşdırılır.

 Bəs müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

AzEdu.az çoxsaylı müraciətləri nəzərə alaraq sualın cavabını təqdim edir:

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qeyd edək ki, müsabiqənin vakansiya seçimi mərhələsi 7 avqust tarixindən etibarən elan ediləcək. Bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları