Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 10:58:00
Diplomların tanınması üçün lazım olan bu sənədlər mütləq notarial qaydada  təsdiqlənməlidir-Siyahı

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Nostrifikasiya prosedurları zamanı tələb olunan sənədlərdən hansılar təqdim olunmadan öncə notariat qayda da təsdiq olunmalıdır?

-Xarici ali təhsil diplomlarının nostrifikasiyası  prosedurları zamanı tələb olunan sənədlərdən aşağdakılar notariat qayda da təsdiq olunmalıdır:

Ali təhsil haqqında sənəd [diplom] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;

Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə [transkript] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi)

Nəzərinə çatdıraq ki, yuxarıda qeyd edilən sənədlər təqdim olunmadan öncə verildiyi ölkədə leqallaşdırılmalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları