Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 09:00:00
Kembric tələbəsi özünü təyyarədən atdı – FOTO

Kembric universitetinin tələbəsi Madaqaskarda səyahəti zamanı təyyarənin qapısını sındırıb və özünü aşağı atıb.

AzEdu.az-ın məlumatına görə, The Sun xəbər verir ki, 19 yaşlı qız 1kilometr hündürlükdən yerə düşüb.

Qeyd olunur ki, tələbəni yol yoldaşı və pilot hərəkətindən daşındırmaq istəyib. Lakin o müqaviməti qırıb və təyyarədən atılıb.

 Polis və könüllülər qızın meyitini hələ ki tapa bilməyiblər.

Araşdırma göstərib ki, tələbə 6 həftə Madaqaskarda tədqiqatlar aparmalıymış. Bu zaman o panik atak sarsıntıları keçirib.