Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 17:28:00
Xarici universitet diplomları hansı şərtlərə əsasən tanınır?-Cavab 

Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər kifayət qədərdir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə nəyə əsasən verilir?

“Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi(nostirifikasiya) Qaydalar”nın 3.6-cı bəndinə uyğun olaraq şəhadətnamə aşağıdakılara əsasən verilir:

Təhsil sahəsində ixtisasın tanınması barədə rəy;

Təhsilin məzmunun uyğunluğu  haqqında müsbət ekspert rəyi;

Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin( təhsilin müddəti, təhsil forması, akkreditasiya və s.) uyğunluğu.

Qeyd edək ki,  şəhadətnamələri əldə etmək üçün (həftə içi hər gün saat 17:00-18:00 arası) Akkreditasiya və Nostrifikasiya İdarəsinə yaxınlaşmağınız tələb olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları