Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 16:28:00
AzTU-da yeni rektor sevinci: “Onun təyinatı bir lütfdü, ABŞ-a qədər adını duyurub”

Prezident İlham Əliyev  Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

AzEdu.az yeni rektor təyinatı ilə bağlı Azərbaycan Texniki Universitetinin "Metrologiya və Standartlaşdırma" kafedrasının müdiri, professor, Texnika və Filologiya Elmləri Doktoru Elçin İsgəndərzadənin fikirlərini öyrənib.

 “Bu gün saat 12-də Təhsil Naziri Ceyhun Bayramov tərəfindən yeni rektorun təqdimetmə mərasimi keçirildi. Mən də həmin tədbirdə  iştirak etdim.

Həyatımın 38 ili  Azərbaycan Texniki Universitetində keçib. Tələbə olduğum andan,  elmlər doktoru olduğum günə kimi həyatım bu tədris müəssisəsi ilə əlaqəli olub.

Prezidentin yeni rektor təyinatını ilk eşidənlərdən biri məhz mən oldum. AzTU-nun həyatında yeni bir günəş doğdu”.

O, sözlərində yeni rektorun elm və təhsil sahəsində böyük işlərə imza atdığını qeyd edib.

“Zənn edirəm ki, Vilayət Vəleyevin bioqrafiyasını oxuyan hər bir insan onun necə ali şəxsiyyət  olduğu nəticəsinə gələ bilər. O,  nəhəng elm adamıdı. 2014-cü ildə Prezidentimizin sərəncamı ilə Vilayət Vəliyev Əməkdar elm xadimi fəxri adına layiq görülən ən gənc  istedadlardan biri olub.

Mənim üçün ən müqəddəs məkan olan AzTU-ya belə layiqli , təhsil sahəsində sözünü deyən, Azərbaycandan Amerikaya qədər adını duyuran insanın rəhbər seçilməsi sevindirici haldı. Ziyalı olaraq cənab Prezidentə şükranlarımı və minətdarlığımı bildirirəm.

Son 5 ildə  ölkəmizin ali məktəblərinə təyin olunan rektorların içərisində ən yüksək bioqrafik göstəriciyə malik olan insan Vilayət Vəliyevdi. Bu da universitetə Tanrı tərəfindən olan lütfdü”.

Elçin İsgəndərzadə yeni rektorun özü ilə bərabər yeni islahatlar gətirəcəyini də söyləyib.

“Yenilik özü ilə bərabər  islahatlar da gətirəcək. Azərbaycan Texniki Universiteti ali məktəblər arasında  seçilən universitetlərdəndi. Bu günə qədər  universitetimizin elm, təhsil  və kadrların hazırlanması sahəsində  çox böyük xidmətləri olub. Bugünkü uğurumuz  sabahımız üçün  başlanğıc olmalıdı.

Texniki Universitetdə çox böyük islahatlar aparılmalıdı. Prezidentimizin Ali məktəblərin  elmi tədqiqat məktəblərinə çevrilməsi haqqında verdiyi qərarlara əsasən  yeni  tədbirlər həyata keçirməliyik.

Vilayət Vəliyev Texniki Universitetin bazasında  yeni innovativ texnoparkların  yaradılması üçün böyük cəhdlər edəcək. AzTU innovativ texnalogiyalardan gteniş şəkildə istifadə edəcək.

Günümüzdə ikili diplom məsələləri çox aktualdı.Əfsuslar olsun ki, bizdə son bir-iki ildə bu istiqamətdə işlərə başlanılıb. AzTU isə Almaniya Universitetləri ilə ikili diplom üzrə müqavilə bağlamaq mərhələsindədi. Mənim gözlədiyim ən böyük islahatlardan biri məhz bu istiqamətdədi”.

Şükufə Süleymanlı