Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 14:21:00
Məktəblərdə təmayül və qeyri-təmayül siniflərində tədris ediləcək fənlər müəyyənləşir

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təmayül və qeyri-təmayül siniflərində tədris ediləcək fənlər müəyyənləşir.

AzEdu.az-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.

Sənədə əsasən, təmayüllü siniflərdə təmayül fənləri, tədris dili, “Azərbaycan dili - dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq” fənləri tədris edilməlidir.

 Qeyri-təmayül siniflərində isə “Azərbaycan dili (tədris Azərbaycan dilində olan məktəblərdə), rus dili (tədris rus dilində olan məktəblərdə), gürcü dili (tədris gürcü dilində olan məktəblərdə), “Azərbaycan dili - dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq” fənləri tədris olunmalıdır.