Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 16:50:00
Azərbaycanda çox sərfəli təhsil müəssisələri – Bu ixtisasları bitirənlər 100 faiz işlə təmin olunurlar-MÜSAHİBƏ

“Ölkədə qeyri-neft sektorunun inkişafından sonra xüsusilə də kənd təsərrüfatı və turizmlə bağlı ixtisaslara tələbat artdı. İşə götürənlər tərəfindən də bu sahələrdə kadrlara tələbat çoxdur. Xüsusilə də aşpaz, barmen, xalçaçı, ofisiant kimi ixtisaslara tələbat atıb”.

Bu sözlər Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimova aiddir.

“Əsas məqsədimiz  Lənkəranın regiona uyğun iqtisadiyyatının inkişafı və kənd təsərrüfatı ilə bağlı kadr təminatı məsələsini həll etməkdir”

O, AzEdu.az-a müsahibəsində rəhbəri olduğu peşə təhsil mərkəzinin  olaraq qarşıya qoyulan məqsədlərdən danışdı:

“Direktor olaraq işimiz, dövlət strategiyasına əsasən, peşə təhsili müəssisələrinin  idarə edilməsidir. Ölkə başçısının peşə təhsili ilə bağlı strateji yol xəritəsinə aid vəzifələri həyata keçiririk. Kadr hazırlığı, yeni layihələrin həyata keçirilməsi, regionda peşə təhsilinin inkişafı və s. işlər səlahiyyətimizə daxildir.

İki ildir çalışdığım Lənkəran Peşə Liseyi 2018-ci ilin sonunda Nazirlər Kabinetini qərarı ilə  Lerik  Peşə Məktəbi ilə birləşərək Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi adını alıb. Mərkəz artıq, müasir maddi-texniki baza ilə də təmin ediləcək.

2016-cı ildən başlayaraq ümumi peşə təhsili sahəsində aparılan islahatlar Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə də  tətbiq edilir. Mərkəzdə istər kadr potensialı, istərsə də öyrətmə baxımından müasir tələblərə cavab verilməsi istiqamətində işlər görülür. Əsas məqsədimiz, Lənkəranın regiona uyğun iqtisadiyyatın inkişafı və kənd təsərrüfatı ilə bağlı kadr təminatı məsələsini həll etməkdir”.

“Ölkə başçısının sərəncamına əsasən, təhsil mərkəzimizdə Strateji Yol Xəritəsi ilə bağlı çayçılıq, çəltikçilik, sitrus bitkiçilik, balıqartırma, baramaçılıq kimi yeni ixtisaslar yaradılıb. Bu sahədə, bir sıra nailiyyətlər də etmişik”.

Afər Kərimov müsahibəsində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində hazırda  görülən işlərdən söz açıb:

“Ölkə başçısının sərəncamına əsasən, təhsil mərkəzimizdə strateji yol xəritəsi ilə bağlı çayçılıq, çəltikçilik, sitrus bitkiçilik, balıqartırma, baramaçılıq kimi yeni ixtisaslar yaradılıb. Bu sahədə, bir sıra nailiyyətlərimiz də var. Belə ki,  peşə təhsil müəssisəsi olaraq barama istehsal edirik.  İki İldə “Şəki İpək” ASC-ni  300 kq barama ilə təmin etmişik. Bundan əlavə, Çindən 3000 tut ağacı da gətirilib. Daha sonra, bitkiçilik və  baramanın inkişafı ilə bağlı dövlət proqramlarına da qoşulmuşuq. Artıq, əksər məzunlarımız işlə təmin olunub.  Ölkədə ilk dəfə çayçılığa tətbiq etdiyimiz ting yetişdirilməsini, sitrus meyvəçilik ixtisasında da  istifadə etməyə başlamışıq.

Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində bu gün xalçaçılıq, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, aşpaz, əməliyyatçı mühasib, əl elektrik qaynaqçısı, çilingər santexnik,  avtomobillərin təmiri çilingəri, geniş profilli traktorçu maşinist ixtisasları keçən tədris ilindən isə artıq, meyvə ustası, balıq yetişdirilməsi üzrə mütəxəssis, aqroservis, bitkiçiliklə bağlı ixtisaslar, arıçılıq, xalçaçılıq, və dərzi ixtisaslar tədris edilir”.

“Xalçaçılıq ixtisasında işlə təminat 100%-di” 

Müsahibəsi zamanı Afər müəllim məzunların işlə təminatı məsələsinə də toxundu”

“Ölkədə qeyri neft sektorunun inkişafından sonra xüsusilə də kənd təsərrüfatı və turizmlə bağlı ixtisaslara tələbat artdı. İşə götürənlər tərəfindən də bu sahələrdə kadrlara tələbat çoxdur. Xüsusilə də aşpaz, barmen, xalçaçı, ofisiant kimi ixtisaslara tələbat atıb.

Xalçaçılığın inkişafı ilə bağlı ölkə başçısı Lənkəranda xalça fabriki açdıqdan sonra bura da kadr hazırlığını həyata keçiririk. Lənkəran Dövlət Peşə  Təhsil Mərkəzinin xalçaçılıq ixtisası üzrə məzunların demək olar ki, hamısı işlə təmin olunub. Yenə də kadr hazırlığı ilə bağlı sifariş var. Ümumiyyətlə, xalçaçılıq ixtisasında işlə təminat 100%-di.  Hətta Lənkəranda yaradılan yeni xalça sexindən də yenidən kadr təminatı üçün sifariş verilib. Əslində, xalçaçılıq ixtisası üçün iş yerləri o qədər də vacib deyil. Onlar öz evlərində  də  sifariş qəbul edərək, şəxsi biznes yarada bilərlər.

Daha sonra bizdə turizmlə bağlı aşpazlıq ixtisası  üzrə də  məzunlarımızın böyük əksəriyyəti artıq Lənkəranda özəl müəssisələrdə işlə təmin olunub”. 

Afər Kərimov tələbələrlə həyata keçirdikləri sosial layihələrdən də danışdı:

Tələbələrimiz üçün Neftçala və Masallı sənaye məhəllələrinə, Lənkəran xalça fabrikinə infoturlar da təşkil etdik. Masallı sənaye məhəlləsinə Masallı peşə məktəbini, Lənkəran xalça fabrikinə isə Lerik peşə məktəbinin tələbələrini apardıq. İnfoturda  əsas məqsədimiz, həm onların dünyagörüşlərinin, həm də iqtisadiyyatla bağlı biliklərinin artırmaqdır.  Bundan əlavə, “Astara çay” MMC, “Azərxalça” ASC, Kənd təsərrüfatı və çayçılıq üzrə elmi tədqiqat institutu ilə qarşılıqlı memorandum da bağlamışıq. Sitrus və çayçılıqla ixtisaslarında təhsil alan tələbələr tez-tez instituta gedərək təcrübə keçirlər.  Fermer qruplarımız ilə 120m2 istixanalarda bütün qış boyu Kartof, xiyar, pomidor kimi bitkilər istehsal  etdik. Bu istixanalar, fermer, bitkiçilik qruplarının təcrübə işləri üçün hazırlanıb

Lənkəran  Dövlət Peşə Təhsili Mərkəzində bütün ixtisas qruplarının biznes sərgisini keçirmişik. Üstəgəl, tələbələrin  sosial məsuliyyətini artırmaq, həm də cəmiyyətə faydalı olmaq baxımından sosial layihələr də həyata keçirilir”.

Çilingər və qaynaqçı qrupları ilə yelləncəklər düzəldib 10 uşaq bağçasına hədiyyə etdik.  Bitkiçilik qrupları ilə astara və Lənkəran uşaq bağçalarının meyvə bağlarında ağaclar əkdi.  Daha sonra uşaq bağçalarına  çilingər-santexnik qrupunun tələbələri su da çəkib. Tələbələrimiz peşə təhsilini belə sosial layihələrlə öyrənir. Bundan əlavə,  demək olar ki bütün qruplara İKT ilə bağlı dərslər keçirilir. Bu gün XXI əsrin əsas konsepsiyası sayılan İKT ilə bağlı biliklərə   təhsil pilləsindən asılı olmayaraq, bütün gənclərimiz yiyələnməlidir.

4 valideyn övladları ilə bir yerdə oxuyurdular”

Müsahibimiz sonda, peşə təhsil mərkəzində qarşılaşdığı maraqlı hadisəni də bizimlə bölüşdü:

“Bizim təhsil mərkəzində bu il maraqlı bir hadisə yaşandı. Belə ki, 4 valideyn övladları ilə bir yerdə oxuyurdular.  Əvvəl övladlarının sənəd qəbulu ilə bağlı gəlsələr də sonra təhsil almağa qərar veriblər.  Özləri də dərsə səylə çalışırdılar. Onlardan iki ana-bala xalçaçılıq, bir ana-bala baramaçılıq, bir valideyn çayçılıq, övladı isə mühasibat ixtisasında təhsil alırdı. Çayçılıqda təhsil alan valideyndən başqa yerdə qalanlar artıq məzun olublar.  Onlardan xalçaçılıqla bağlı təhsil alanlar artıq işlə təmin olunub. Xalçaçılıq təhsili alan valideynlər artıq işlə təmin olublar”.