Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 13:24:00
Ekspertdən kollecləri seçəcək abituriyentlərə müraciət: “Ehtiyatlı olun, çünki....”

“2019-2020-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi artıq aparıla bilər. Seçimlər avqustun 15-dən 20-dək davam edəcək”.

Bu barədə AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi məlumat verib. O xatırladıb ki, proses zamanı abituriyentlər 20 ixtisas seçmək hüququna malikdirlər. Abituriyentləri ixtisas seçimi zamanı ehtiyatlı olmağa, bu il tətbiq olunan dəyişiklikləri nəzərə almağa çağırıb:

“Bu il edilən dəyişikliklərə görə, ötən il ixtisaslar üzrə qeydə alınmış keçid balları əsasında “Abituriyent” jurnalı çap olunmayacaq. Çünki ötən ilin keçid balları 90 ballıq sistem üzərindən formalaşmışdı. Bu il isə 300 bal üzərindən formalaşacaq. Ona görə də abituriyentlər seçim edərkən çox diqqətli olmalıdırlar”.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu üzrə 12362 plan yeri ayrılıb. Bunlardan 9903-u Azərbaycan, 2459-u isə Rus bölmələrinə aiddir.