Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 10:27:00
MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi  nə zaman başlayacaq?-Cavab

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18.881 nəfər minimum keçid balını toplayıb.

İmtahanda iştirak edərək minimum keçid balını toplayan namizədlər müsabiqənin üçüncü mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, digər ixtisas fənləri üzrə müqayisədə test imtahanı mərhələsində 4471 nəfər olmaqla ən çox ibtidai sinif müəllimi olmaq istəyən namizədlər vakansiya seçimi mərhələsi üçün keçid balını toplaya biliblər. Bu sıralamada say çoxluğuna görə müvafiq olaraq ikinci və üçüncü yeri Azərbaycan dili və ədəbiyyatı (3997 nəfər) və Riyaziyyat (1563 nəfər) ixtisasları üzrə namizədlər tutub.

Bəs MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi  nə zaman başlayacaq?

AzEdu.az müəllim namizədlərin ən çox verdiyi suala cavabı təqdim edir:

-Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi 7 avqustda start götürəcək.  Bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

 Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test imtahanlarında 41. 288 nəfər iştirak edib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları