XƏBƏRLƏR

30.07.2019 16:52
Təhsildən imtina edib, gələn il yenidən imtahan verənlər “pulsuz”da oxuyacaqlar? - Qaydalar

 

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələri artıq elan edilib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir.

Hazırda rezidenturaya qəbul olanların müvafiq qurumlarda qeydiyyatı həyata keçirilir. Proses avqustun 2-dək davam edəcək.

Son zamanlar yeni qəbul olunan rezidentləri maraqlandıran məqamlardan biri də qeydiyyatdan keçdikdən sonra rezidentura təhsilindən imtina ilə bağlıdır.

Sual:

Rezidenturaya qəbul olunub sənədlərimi Səhiyyə Nazirliyinə təqdim etmişəm. İndi isə rezidentura təhsilindən imtina etmək qərarına gəlmişəm. İmtina edib gələn il yenidən rezidenturaya qəbul imtahanı versəm, mütləq ödənişli təhsil almalıyam? Rezidentura təhsilini başa vurmadan imtina etdikdə növbəti dəfə dövlət hesabına təhsil almaq şansım varmı?

Cavab:

AzEdu.az xəbər verir ki, ölkə ərazisində eyni pillə üzrə ikinci təhsil ödənişli əsaslarladır. Amma rezident təhsilini tam olaraq başa çatdırmır, imtina edirsə, yenidən rezidenturaya qəbul imtahanı verdikdə bu, ikinci təhsil hesab edilmir.

Qeydiyyatdan keçdikdən sonra rezidentura təhsilindən imtina edən rezident ikinci dəfə dövlət sifarişli əsaslarla təhsil ala bilər.

Qeyd edək ki, rezidentlərin qeydiyyatı ixtisaslara uyğun olaraq avqustun 2-dək müvafiq cədvəl üzrə həyata keçirilir. Qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi də təhsildən imtina kimi qiymətləndirilir.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu