Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 16:39:00
Ucqar kənd məktəbinin psixoloqundan autizmli uşaqlarla bağlı müraciət – Qeydiyyatdan keçin və...

 Təhsildə inkişaf  və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrdən biri də  “Autizmli uşaqlara dəstək proqramı” layihəsidir.

Layihənin icrası 1 sentyabr-1 dekabr intervalında nəzərdə tutulub. Məqsəd Neftçala rayon məktəblərində autizm sindromundan əziyyət çəkən sağlamlığı məhdud uşaqlarla psixodiaqnostik və psixokorreksiya işi təşkil edərək müsbət dəyişmələrə nail olmaqdır.  Layihənin rəhbəri Neftçala rayonu İ.Babayev adına tam orta məktəbin psixoloqu Tağıyev Elmirdir.

Hörmətli valideynlər:

Layihə çərçivəsində keçiriləcək məşğələlər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçündür. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində keçiriləcək və bütün məşğələlər tamamilə ödənişsizdir.

Autizm sindromu (Asperger sindromu, Rett sindromu, atipik autizm)

Əqli gerilik, inkişaf ləngiməsi.

Məşğələlərdə dünya standartlarına uyğun terapiya üsullarından (ABA, TEACH, Duyu-bütünləmə) istifadə ediləcək. Uşaqlarala konsultasiya, loqopedik, psixoloji və inkişaf məşğələləri, gəzintilər, yay düşərgəsi təşkil olunacaq. Eyni zamanda, Autizmli uşaqların valideynləri ilə qrup konsultasiyaları təşkil ediləcək.

Neftçala  və ona ətraf rayonların  ərazisində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərindən 1-31 avqust tarixinə qədər  aşağıda göstərilən ünvana müraciət edərək qeydiyyatdan keçmələri xahiş edilir.

Qeydiyyat üçün əlaqə nömrəsi: 050 756 21 21  /    4-29-21

Email - [email protected]

Ünvan: Neftçala rayonu. H.Əliyev prosp. 29. Turan psixoloji  yardım mərkəzi.