Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 18:00:00
Gənc Müəllimlər Assosiasiyasının üzvü görəcəkləri işlərdən danışdı - Ucqarlarla iş sürətlənəcək

“Bölgə və mərkəz müəl­­­­­limləri arasındakı əlaqələr sıxlaşacaq”

Bu sözlər Gənc Müəllimlər Assosiasiyasının üzvlərindən Nigar Piriyevaya aiddir.

Gənc müəllim AzEdu.az-a açıqlaması zamanı assosiasiya haqda məlumat verərək, görüləcək işlərdən danışıb:

 “Azərbaycan müəllimlərinin XV qurultayında bir müəllim Azərbaycanda gənc müəllimlərin assosiasiyanın yaradılması təklifini irəli sürdü. Bu fikrə xüsusi diqqət yetirilərək, Təhsil Nazirliyinin  nəzdində Gənc Müəllimlərin Assosiasiyası yaradıldı.

 

Gender məsələsini həll etmək də əsas məqsədlərdən biridir. Ümumiyyətlə, bu gün dövlətin  müəllimlərə qayğısı, kişi müəllimlərin də öz peşəsinə sevgisini artıracaq. Assosiasiyanın bölgələrdə nümayəndələri də fəaliyyət göstərir. Bununla, bölgə və mərkəz müəllimləri arasındakı əlaqələr sıxlaşacaq.

Assosiasiyaya üzvlüklə bağlı ilk olaraq, sosial şəbəkələrdə elanlar verildi. Daha sonra, namizədlərin, MİQ müsabiqəsində topladığı ballar, pedaqoji fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlər və s. nəzərə alınaraq şəffaf seçkilər keçirildi. Assosiasiyayanın 30 üzvündən biri olaraq seçilməyimdə MİQ nəticəmin, iştirak etdiyim beynəlxalq və respublika səviyyəli tədbirlərin rolu olduğunu düşünürəm”.

“Təlimlərdə assosiasiyanın dəyərləri, qarşıda duran məsələləri müzakirə edildi”

 “23-26 iyul tarixlərində assosiasiyanın 30 üzvü Şəki şəhərində təşkil edilən yay məktəbində iştirak edib.  Bu müddət ərzində müəllimlərə maarifləndirici təlimlər keçirilərək assosiasiyanın dəyərləri, qarşıda duran məsələləri müzakirə edildi. Bütün fikirlər diqqətlə dinləndikdən sonra, demək olar ki, hamısı müsbət rəy aldı. Səsləndirilən fikirlərdən biri də ucqar kənd və respublika mərkəzindəki olan müəllimlərlə əlaqələrinin sıxlaşdırılması idi. Beləliklə, onlar öz bilik, bacarıq və təcrübələrini daha rahat bölüşə biləcək.

26 iyulda təhsil nazirinin müavini Firudin Qurbanov, Assosiasiyanın üzvü olan 30 müəllimlə söhbət edərək,  öz məsləhətlərini verdi. Assosiasiyanın Təhsil Nazirliyi tərəfindən də dəstəklənəcəyini bildirdi. Sonda, yay məktəbinin iştirakçısı olan 30 müəllimin hər birinə sertifikatlar təqdim edildi”.