Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 16:01:00
Rezident olmaq istəyənlərin nəzərinə: İmtahanlar üçün bu qədər ödəniş tələb olunur

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edilib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir.

Müsabiqə nəticələrinin açıqlanması növbəti illərdə rezidenturaya imtahan verəcək tələbələrin suallarını da aktuallaşdırıb. Onları maraqlandıran əsas məqamlardan biri də imtahanlar üçün  nə qədər ödənişin nəzərdə tutulması ilə bağlıdır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, rezidenturaya qəbul imtahanın I mərhələsində)iştirak etmək üçün 60, II mərhələsində iştirak etmək üçün isə 100 manat ödəniş tələb olunur.

Məbləğin miqdarı Tarif Şurasının “Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli qərarı ilə təsdiq edilən “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, rezident olmaq istəyənlər müsabiqənin I mərhələsində baza fənləri, II mərhələsində isə ixtisas fənləri üzrə imtahan verir. Ümumi balı 90, II mərhələ üzrə balı isə 50-dən az olmayan namizədlər ixtisas seçiminə buraxılırlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları