Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 15:30:00
“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edir.

AzEdu.az müsabiqənin şərtlərini təqdim edir:
- Fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu olmalıdır;
- Fotolar aydın və keyfiyyətli olmalıdır;
- İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər;
- İnternetdə, saytlarda, həmçinin kitablarda istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcəkdir.

Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi [email protected] ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaqdır.

 Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcəkdir