Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 13:43:00
Attestatını itirən  məzuna dublikatı neçə günə verilir? – Ödənişsiz

Orta ümumtəhsil müəssisələri artıq məzunlara attestatları təqdim edib.

Ümumi orta və tam orta təhsil haqqında attestat məzunlara təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təhvil verilir.

Attestatını itirən məzunları gözləyən proseslər barədə mediada davamlı məlumat verilir. Əksər məzunları isə attestatın dublikatının neçə günə çıxarılması və bunun üçün alınacaq ödənişin miqdarı maraqlandırır.

AzEdu.az xəbər verir ki, attestatını itirən və dublikatını əldə etmək üçün müraciət edən məzuna 15 gün müddətində attestatın dublikatı verilir. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu dublikat arxiv sənədləri əsasında verilir.

Ümumi orta, tam orta təhsil haqqında attestatların və ya onların dublikatlarının hazırlanmasına, verilməsinə görə isə heç bir ödəniş tələb olunmur.

Qeyd edək ki, attestatını itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində dərc edilmiş elan da əlavə edilməlidir.

Elanda şəxsin soyadı, adı, ataının adı, ümumi orta və tam orta təhsil haqqında attestatların adı, seriya nömrəsi, onu verən ümumtəhsil müəssisəsinin adı və verilmə tarixi göstərilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları