Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 12:48:00
Paytaxt məktəblərinin birinci sinfinə 46 mindən çox sorğu yerləşdirilib

Paytaxt məktəblərinin birinci sinfinə elektron qeydiyyat davam edir.

Artıq beşinci ildir ki, Bakı şəhərində uşaqların məktəbə qəbulu prosesi elektron qaydada mektebeqebul.edu.az vasitəsilə aparılır.

AzEdu.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib.

O bildirib ki, paytaxt məktəblərinin birinci sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 46 mindən çox sorğu yerləşdirilib. Onlardan 43 mindən çoxu ümumtəhsil məktəblərini, 3 minə yaxını isə lisey və gimnaziyaları seçib.

Bəşarət Məmmədov, həmçinin birinci sinfə sənəd qəbulunun elektron sistemdə həyata keçirilməsinin üstünlükləri, yeni imkanlar, xüsusi qayğıya ehtiyacı olan uşaqların birinci sinfə qeydiyyatı barədə məlumat verib. Qeyd edib ki, Bakı şəhərində birinci sinfə qəbul üçün elektron sənədlərin qəbuluna martın 13-dən başlanılıb. Sentyabrın 15-dək davam edəcək qeydiyyat prosesində hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.