Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 10:00:00
Orta məktəb illəri Həsən Turabov və Fuad Poladova  necə təsir edib?-Ekspert təhlili

 

“Məktəbin vəzifəsi uşağın şüurunu ən müxtəlif məlumatlarla doldurmaqdan ibarət deyil”.

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.

O, məktəblilərin inkişaf etməsində dərslərlə yanaşı, bir çox vacib məqamların da olduğunu qeyd edib:

“Görkəmli Amerika filosofu və pedaqoqu Con Dyüinin fikrincə, məktəbin vəzifəsi uşağın şüurunu ən müxtəlif məlumatlarla doldurmaqdan yox,  hər  insanın malik olduğu qabiliyyət və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdir. Böyük pedaqoq haqlıdır”.

Həmçinin o, məktəbdə oxuduğu illərdə şagirdlərin inkişafı üçün həyata keçirilən bir çox tədbirlərdən söz açıb:

“Məktəbdə oxuduğumuz illərdə klassiklərimizin pyeslərini səhnələşdirirdik. Keçirilən bilik yarışmaları uşaqların potensialını açırdı. İdman oyunları böyük marağa səbəb olurdu. Uşaqlar ədəbiyyat dərnəklərinə can atırdılar. Müəllimlər çalışmaqdan yorulmurdular.

Etibar Əliyev ədəbiyyat nümayəndələrinin yetişməsində  məktəblərin müstəsna rolunun olduğunu qeyd edib:

“Məncə, Ədil İsgəndərov, Əliağa Ağayev, Yusif Vəliyev, Həsən Turabov, Fuad Poladov kimi böyük sənətkarların yetişməsində məktəblərdə qoyulan tamaşaların rolu mütləq şəkildə olub. Həmin illər şeir söyləmək bacarığına malik olan şəxslərin yetişməsində isə ədəbiyyat dərnəklərinin müstəsna rolu danılmazdır (Mikayıl Mirzə, Səməndər Rzayev və başqaları).

Məktəb uşaqlarda istedad nişanələrini oyadırdı. Ali məktəbə daxil olanda həmin istedadları özümüzlə gətirirdik. İnkişaf etdirmək isə özümüzdən asılı idi”.

Şükufə Süleymanlı