Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 12:44:00
Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək? - Rəsmi

25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına yeni dərsliklərin çatdırılması nəzərdə tutulub. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bəs, məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün dərslik çap ediləcəkmi?

Nazirliyin məlumatına görə, 2019-2020-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlər üçün ümumilikdə 3 adda 168 148 nüsxə dərslik və metodik vəsait çap edilib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün ümumilikdə  322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları