Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 09:23:00
Dərslik çatışmazlığı ilə üzləşən şagird nə etməlidir? - Rəsmi

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda şagirdlərin dərslik təminatı məsələsinə də toxunulub.

Bildirilib ki, dərslik çatışmazlığı ilə üzləşən şagird bu barədə öncə məktəb rəhbərliyini məlumatlandırmalıdır.

Məktəb rəhbərliyi daxili dərslik fondu hesabına şagirdin dərslik tələbatını ödəyə bilmirsə, bu barədə məlumatı dərhal müvafiq instansiyalara ötürməlidir. O, tədris ili başlayanacan problemin həll edilməsinə nail olmalıdır. Müraciətçinin problemi həll edilmirsə, o, öz müraciətini [email protected] elektron ünvanına yazmaqla bildirməlidir.

Qeyd edək ki, dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları