Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 17:52:00
Kanadalı alimlər qar enerjisi ilə işləyən 3D sensorları ixtira ediblər

Kanadalı professor Ravi Salvaqanapati qonaq tətqiqatçı Əhməd Abdelsalam və maşınqayırma sahəsi üzrə aparıcı mütəxəssis İslam Həsənlə birlikdə unikal cihaz hazırlayıblar.

Belə ki, onlar soyuq iqlimi enerji mənbəyi kimi istifadə ediblər. 

AzEdu.az xəbər verir ki, onlar, California Universiteti, Los Angeles Universiteti (UCLA), Konnektikut Universiteti və Stevens Texnologiya İnstitutundan olan tədqiqatçılarla birləşərək qardan enerji almağa çalışıblar.  Salvaqanapatinin sözlərinə görə, tədqiqatçıların qardan enerji almaq kimi bir məqsədləri olmayıb, bu ixtira triboelektrik nano-generatorlar üzərində ilkin işlər aparılan zaman təsadüfən icad olunub.

Triboelektrik nano-generatorlar, müxtəlif formalarda (əsasən mexaniki) ətraf mühitdən enerji ala bilən və elektrikə çevirə bilən enerji saxlama maşınlarıdır.

Bu ixtiranın paltar, ayaqqabı və digər əşyalarla uyğunlaşdırmaq üçün 3D çapı hazırlanıb. (TED.az)