Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 16:05:00
Tullantılardan hazırlanan maraqlı kitabxana - FOTOLAR

Çində “velosiped qəbirsanlıqları”ndan birini məktəblilər üçün mobil kitabxanaya çeviriblər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu həyata keçirən dizayn şirkəti tullantılardan qanadlı böcək formasında mobil kitabxana hazırlayıb.

Xatırladaq ki, ötən il velosiped Çində xüsusi popluyarlıq qazandığı üçün küçələr tez bir zamanda rəngli velosipedlərlə doldu. Belə şəraitdə velosiped kirayə verən şirkətlərin də sayı artdı. Tələb ediləndən artıq velosipedin küçələrə dolması nəticəsində eyni xidməti göstərən şirkətlər müflisləşməyə başladı. Nəticədə, tərk edilən və xarab olan çoxlu sayda velosiped lər müəyyən bölgələrdə yerləşən “velosiped qəpristanlıqlarında” toplanmağa başlandı. 

Rəna NƏBİ