Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 14:59:00
Şagirdlərimiz beynəlxalq olimpiadada ölkəmizi təbliğ ediblər

“Oxbridge Academy” məktəbinin şagirdləri Azərbaycanı Niderlandın Haaqa şəhərində keçirilən Dünya Məktəblilər Olimpiadasının "Global Round 2019" mərhələsində təmsil edir.

AzEdu.az xəbər verir ki, dünyanın 50-dən çox ölkəsindən 5000-dən artıq məktəblinin iştirak etdiyi olimpiadanın sonunda iştirakçı ölkələrin tarixini, mədəniyyətini və mətbəxini əks etdirən təqdimatlar olub.

“Oxbridge Academy” məktəbinin şagirdləri Azərbaycan stendi ilə maraqlanan qonaqlara mədəniyyətimiz, tariximiz, mətbəximiz, həmçinin Qobustan Milli Bədii-Tarix Qoruğu haqqında məlumat verib, buklet və broşürlər paylayıblar.

Qeyd edək ki, "Oxbridge Academy” məktəbinin şagirdləri ABŞ-ın Boston şəhərində keçiriləcək finala vəsiqə də qazanıblar. (AZƏRTAC)