XƏBƏRLƏR

26.07.2019 17:20
Universitetlərə qəbul şərtlərində hər hansı dəyişiklik olacaq?-Rəsmi cavab  

“Ali təhsil müəssisələri üzrə müəyyən edilən müsabiqə şərtlərində qəti olaraq heç bir dəyişiklik edilməyəcək”

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə, müsabiqə şərtlərinin dəyişdirilməsi gözlənilmir:

“I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın II mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Bəzi ixtisaslar üzrə isə müsabiqəyə ümumi balı 150-dən, imtahanının II mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər qatıla bilərlər.

Müsabiqə şərtlərində qəti olaraq heç bir dəyişiklik edilməyəcək”.

Xatırladaq ki, canlı yayımı izləyə bilməyənlər qeyd olunan linkə daxil ola bilərlər:

https://www.facebook.com/azedu.az/videos/350509178954045/

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu