Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 16:35:00
MİQ-in test imtahan nəticələri namizədlərin şəxsi hesabına göndərildi  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin yekun nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.

AzEdu.az xəbər verir ki, yekun nəticəyə dair məlumatda hər bir namizədin şəxsi səhifəsinə onun hər bir suala verdiyi düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal yer alır.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test mərhələsində 41. 288 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.