XƏBƏRLƏR

26.07.2019 14:10
“Kolleclərə keçid ballarında müəyyən artım  ola bilər” - DİM rəsmisi  

 “Ötən illə müqayisədə kolleclərə qəbul mərhələsi üzrə bal şkalaları bir-birindən tamam fərqlənir. Bu da təbiidir ki, keçid ballarında müəyyən artım müşahidə oluna bilər”

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, ötən il 9 illik bazadan kolleclərin müsabiqəsində iştirak etmək üçün maksimal bal tələbi 200 idisə, bu il bu tələb 300 baldır:

“Ötən illə müqayisədə kolleclərə qəbul mərhələsi üzrə bal şkalaları bir-birindən tamam fərqlənir. Bu da təbidir ki, keçid ballarında müəyyən artım müşahidə oluna bilər.

İxtisas seçimi edərkən, məsələn, ötən il topladığınız 60 balın 200 ballıq şkalada, hazırki balınız isə 300 ballıq şkalada neçə faiz təşkil etdiyinə baxa bilərsiniz. Faiz nisbətlərini müqayisə etməklə təxminən ortaq nəticəyə gəlmək olar.

Lakin bu il yeni şkalaya keçidin ilkin mərhələsidir. Burada dəqiq olaraq nəyə fikir verməli və ona əsasən seçim etməli olduğunuzu demək doğru olmazdı”.

Xanlar Xanlarzadə qeyd edib ki, abituriyentlər arasında çaşqınlıq yaratmamaq məqsədilə kolleclərə qəbul üzrə ötən il formalaşan keçid balları bu il çap olunmayacaq:

“2018-ci ildə formalaşan keçid balları ilə Dövlət İmtahan Mərkəzinin saytından tanış ola bilərsiniz. Bir daha qeyd edirəm ki, bu abituriyentləri yanılda bilər. Yaxşı olardı ki, onlar seçimlərini istədikləri ixtisaslara uyğun etsinlər”.

Xatırladaq ki, canlı yayımı izləyə bilməyənlər qeyd olunan linkə daxil ola bilərlər:

https://www.facebook.com/azedu.az/videos/350509178954045/

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu