Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 10:25:00
Amerikalı astronavtlar Aya 2024-cü ildə qayıdacaqlar - VİDEO

NASA agentliyi Kanaveral zonasında ABŞ-ın Ay proqramının növbəti iddialı elementini təqdim etdi. Söhbət, Artemis (Artemida) missiyası çərçivəsində Ay səthinə eniş üçün nəzərdə tutulmuş və Orion kosmik gəmisinin daxilində yerləşdiriləcək sərnişin kapsulundan gedir. Bu barədə Hightech.plus saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Artemis missiyası insan sivilizasiyası üçün böyük irəliləyiş olacaq. Bu missiya öz növbəsində insanların Yer kürəsinin peyki olan Ayda daimi iştirakını və 2030-cu illərə planlaşdırılan Mars missiyalarının reallaşdırılmasını təmin edəcək.

AzEdu.az technote.az-a istinadən bildirir ki, Apollo 11 missiyasının Ay səthinə enməsi missiyasının yubileyi səbəbilə ABŞ-ın vitse-prezidenti Mike Pence NASA-nın təqdimatında çıxış edib. Öz çıxışı çərçivəsində o bildirib ki, Orion kosmik gəmisi artıq tamamlanıb və onun ilk tarixi uçuşu üçün hazırlıqlara start verilib. Artemis-1 missiyası çərçivəsində SLS adlı ağır raket Orion kosmik gəmisini Ay istiqamətindəki uçuş traektoriyasına çıxardacaq. Kosmik gəmi isə öz növbəsində Ay ətrafında dövr edəndən sonra Yer kürəsinə geri qayıdacaq. İlk uçuş missiyası çərçvəsində kosmik gəminin daxilində astronavtlar olmayacaqlar.

Artemis-2 missiyası isə kosmik gəmini eyni traektoriya ilə Ay-a göndərəcək. Lakin bu dəfə onun daxilində insanlar yerləşəcəklər. Əgər hər şey uğurlu şəkildə reallaşdırılsa Artemis-3 missiyası yeni astronavt komandasını Ayın səthinə endirəcək. Perspektivdə həmin insanların arasında Aya ilk eniş edəcək qadın astronavt da ola bilər. ABŞ prezidenti Donald Trump-ın planına əsasən bu, 2024-cu ildə baş tutmalıdır. 2028-ci ildə isə Ayda daimi elmi bazanın işə salınması planlaşdırılır. Ayda işə salınması planlaşdırılan məhz bu elmi baza NASA tərəfindən sözügedən missiyanın əsas hissəsi hesab edilir.

Belə ki, bu elmi baza tədqiqatların davam etdirilməsini, yeni texnologiyaların tətbiq edilməsini və Mars missiyalarının əsasının qoyulmasını mümkün edəcək. Bundan əlavə olaraq Mike Pence bildirib ki, bu ilin sonuna kimi astronavtlar Yer kürəsinin orbitinə ABŞ istehsalı raketlər vasitəsilə göndəriləcəklər. Qeyd etmək lazımdır ki, hal hazırda astronavtlar BKS-ə (Beynəlxalq Kosmik Stansiya) Rusiya istehsalı raketlər vasitəsilə göndərilirlər. Lakin Boeing ilə SpaceX şirkətləri öz raketlərinin testlərinin sürətləndirilməsi üçün yarışa giriblər. Orion proqramına gəldikdə isə bu ayın əvvəlində NASA agentliyi uçuş testlərindən birini uğurla yekunlaşdırıb. Söhbət, astronavtların qəza xilasetməsi sistemindən gedir.