Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 16:55:54
Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb  

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, iyulun 25-dən 27-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin nominal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 1 faizdən aşağıdır.