Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 14:00:00
“EYOF Bakı 2019”-da 7 medal qazanılıb  

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri milli komandanın tərkibində yüksək nəticə göstərib.  

AzEdu.az xəbər verir ki, yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Murad Haqverdiyev və Abşeron rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Kənan Heybətov sərbəst güləş, mərkəzin 5 nömrəli Uşaq Gəclər İdman Şahmat Məktəbinin yetirməsi Fərid Sadıxlı Yunan-Roma güləşi üzrə qızıl, qadın güləşçilərdən Gəncə şəhər 1 nömrəli Uşaq-Gəclər İdman-Şahmat Məktəbinin yetirməsi Gültəkin Şirinova, Abşeron rayon Uşaq-Gəclər İdman-Şahmat Məktəbinin yetirmələri Mərziyə Sadıqova və Elnurə Məmmədova isə gümüş medal qazanıb.

Cüdo idman növü üzrə keçirilən yarışlarda Bakı şəhəri 1 nömrəli idman liseyinin yetirməsi Turan Bayramov qızıl medal əldə edib.

Ümumilikdə festivalda 50-ə yaxın Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və texniki nümayəndə heyəti iştirak edir. Yarışlar bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş olmaqla 10 idman növü üzrə 12 yarış məkanında keçirilir.

Yarışlara 27 iyun 2019-cu il tarixində yekun vurulacaq.