Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:58:41
Qeydiyyatdan keçən bu qədər müəllim namizəd test imtahanında iştirak etməyib – MİQ nəticələri  

Test imtahanı mərhələsində iştirak edən namizədlərin 21.375 nəfəri müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ilk dəfə qatılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları da diqqətə çatdıran nazir müavini bildirib ki, müsabiqədə iştirak üçün ümumilikdə 54.687 nəfər elektron qeydiyyatdan keçib. Qeydiyyat keçənlərin 48.204 nəfərinin ərizəsi təsdiqlənib.

Məhəbbət Vəliyevanın sözlərinə görə, müsabiqənin test mərhələsində isə 41.288 nəfər iştirak edib.

Həmin namizədlərin 21.375 nəfəri müsabiqədə ilk dəfə, 19.913 nəfəri isə ikinci dəfə iştirak ediblər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib.