Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:44:35
MİQ-in vakansiya seçimi mərhələsi üçün bu qədər yer ayrılacaq - Nazir müavini  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə ilkin olaraq təxminən 7 min vakant iş yerinin çıxarılması planlaşdırılır. 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsində minimum keçid balını toplayan şəxslər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Müsabiqənin vakansiya seçimi mərhələsi 7 avqust tarixindən etibarən elan ediləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test imtahanlarında 18.881 nəfər minimum keçid balını toplayıb.