Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:39:35
Müəllim namizədlərin bu qədəri keçid balını toplaya bilməyib – MİQ nəticələri  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18.881 nəfər keçid balını toplayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayanlar ümumi iştirakçıların 46 faizini təşkil edir. 

Məlumata əsasən, həmin 18.881 nəfər müsabiqənin vakansiya seçimi mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test mərhələsində 48 204 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.