Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 11:21:48
BDU jurnalistlər üçün müsabiqə elan etdi  

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında «100 ilin zirvəsində» adlı xüsusi müsabiqə elan edir.

AzEdu.az-ın məlumatına görə, müsabiqəyə BDU ilə bağlı bütün janrlarda yazılar qəbul olunur.

Müsabiqənin müddəti:  1 avqust – 1 oktyabr 2019-cu il. 

Müsabiqənin şərtləri: 

Materiallar yeni və orijinal olmalı;

Müsabiqə elan olunduqdan sonra qəzet, jurnal və ya internet portallarında dərc edilməli;

Materiallarda “Bakı Dövlət Universitetinin “100 ilin zirvəsində” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalı;

Çap olunduqdan sonra [email protected] elektron ünvanına mövzu yerində “100 ilin zirvəsində” qeydi edilməklə və yaxud birbaşa BDU Mətbuat və informasiya şöbəsinə təqdim edilməlidir.

Qeyd:

Yazı müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır.

Qurumların mətbuat xidmətlərinin əməkdaşları da müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Mükafatlandırma:

Mükafatlandırma mərasimi BDU-nun 100 illik yubiley tədbirləri çərçivəsində keçiriləck.

1-ci yer – 1000 manat (1 nəfər)
2-ci yer – 500 manat (2 nəfər)
3-cü yer – 300 manat (3 nəfər)

Hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat.