Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 11:00:00
Rezident olanları ən çox maraqlandıran suala cavab – Qeydiyyatda iştirak mütləqdir?  

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir.

Rezidenturaya qəbul olanların kliniki bazalarda qeydiyyatı 29 iyul – 2 avqust tarixlərində həyata keçiriləcək.

Ən çox verilən sual isə rezidentin əvəzinə hər hansı tanışının qeydiyyatdan keçməsi ilə bağlıdır.

Sual:

Qeydiyyat prosesində rezidentin iştirakı mütləqdirmi? Onun özü deyil, əvəzinə başqa bir tanışı qeydiyyatdan keçə bilər?

Cavab:

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, hər hansı ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini qəbul olduğu tibb müəssisəsinin tabe olduğu müvafiq quruma şəxsən təqdim etməlidir.

Bu proses Mərkəzin müəyyən etdiyi müddət ərzində baş tutmalıdır. Bu zaman onlar qurumla mülki-hüquq müqaviləsi bağlamalı, qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları