XƏBƏRLƏR

25.07.2019 09:41
İxtisas seçimini yalnız bir sadə testlə asanlaşdırmaq olar- VİDEO  

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminə start verilib.

Abituriyentlərin verməli olduğu bu vacib qərar onların həyatında sözsüz ki, mühüm rol oynayır.

Bəs, düzgün ixtisas seçimini necə etməliyik, abituriyentin qabiliyyətlərinə uyğun ixtisası necə tapaq? Bütün bunlar haqqında “Psixoloq məsləhəti” rubrikasında Nuriyyə Quliyeva ilə söhbət etdik.

Psixoloq qeyd edir ki, ixtisas seçimini asanlaşdıran testlər var,  cəmi bir seansla bunu öyrənmək olar. Daha ətraflı videodan tanış ola bilərsiniz.

Qeyd edək ki, video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

 

İlin gənc müəllimi-Müraciət formu