Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 17:56:00
Şəmil Sadıqdan bütün müəllimlərin masaüstü kitabına çevriləcək pedaqoji vəsait – Fərqli metodlar

 

“Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadıq bütün müəllimlərin istifadə edə biləcəyi və tədris prosesində masalarının üzərində olacaq kitab hazırlayıb.

Kitabda müəllim, valideyn və şagirdlər üçün pedaqoji tövsiyələr və metodlar əksini tapıb.

AzEdu.az vəsait haqqında daha ətraflı məlumat əldə etmək üçün Şamil Sadığın fikirlərini öyrənməyə çalışıb:

O, sözlərində kitabın pedaqoji təcrübələri və praktik problemləri işıqlandırdığını qeyd edib.

“Kitabda müəllimlər, direktorlar, məktəb menecerləri üçün tövsiyələr yer alıb. Həmçinin, 50-yə qədər valideyn və şagirdin sualı və buna uyğun cavab istiqamətləri əksini tapıb.

Təhsil prosesində müəllimlər və şagirdlər bir çox problemlərlə qarşılaşırlar. Uşaqlar müxtəlif xarakterdə ola bilərlər. Bu problemin qarşısını almaq üçün kitabda müəllimlərin şagirdlərə fərdi yanaşma  metodları verilib.

Kitabda gənc müəllimin sinfə daxil olub, fəaliyyətini formalaşdırılması üçün tövsiyələrə yer ayrılıb.

Vəsait 3 fəsildən ibarətdi. Burada  müasir təhsil sistemində  gedən proseslər və Azərbaycan təhsilindəki yeniliklər  əksini tapıb.STEM fəlsəfəsi və anlayışına yer verilib.

Kitabda valideynlər üçün geniş bölmə ayrılıb. Günümüzdə valideynlər təhsil prosesindən geri qalırlar. Onlar hər şeyi məktəbin etdiyini düşünürlər. Lakin bununla  nəticə əldə etmək mümkün deyil. Bu istiqamətdə  kitabda valideynlər üçün tövsiyə metodikaları və yanaşmaları verilib.

Pedaqoji yanaşmalar içərisində mənim 20 illik  təcrübələrim var. Yaşadığım  problemləri bir müəllim olaraq, nümunələr şəklində əks etdirmişəm.

Kitabda  valideynlərin müasir təhsili anlaması üçün izahlara yer verilib. Kurikulum, STEM, valideyn və şagird münasibətlərinin  formalaşması üçün  metodlar əksini tapıb.

Mən məktəb, valideyn və şagird məsələlərini  üçbucaq yox,  dairə şəkilində görmək istəyirəm. Burada kəsişmə nöqtəsi əvəzinə,  birləşmə nöqtəsi olmalıdı.

Bu metodların hamısı əyani nümunələr, detallar və beynəlxalq  təhsildəki proseslərin müqayisəli əsasları ilə əksini tapıb”.

Şükufə Süleymanlı